Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Cozef Borrel Çinin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyalarını pisləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Borrel bu barədə danışarkən sanksiyaları qəbuledilməz adlandırıb.

"Çin sanksiyaları qəbuledilməzdir. Təəssüf doğurur. Avropa Birliyi insan hüquqları ilə bağlı öhdəliklərinə sadiq qalacaq", - deyə Borrel söyləyib.