Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 70 miqrant saxlanılıb.

Unikal.org  xəbər verir ki, onlardan 48-i Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonuna yaxın ərazidə, Egey dənizində ələ keçiriliblər. Digər 22 nəfər İzmir vilayətinin Dikili rayonunda saxlanılıb. Onların rezin qayıqlarla Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.