ABŞ Meksikadan qanunsuz yollarla ABŞ-a keçməyə cəhd edən miqrantların uşaqlarının saxlandığı məntəqələri mediaya açacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Cen Psaki bildirib.

O qeyd edib ki, hazırda bunun üçün hazırlıq işləri görülür və mətbuatın bu məntəqələrlə tanış olması gerçəkləşdiriləcək. Həmin məntəqələrdə valideynləri qanunsuz miqrant olan uşaqların sayı artmaqdadır.