Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel ittifaqın Türkiyə ilə münasibətlərindən danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Borrel Türkiyə münasibətlərin Avropa üçün önəm daşıdığını bildirib.

"Biz Türkiyə ilə bir üzvlüyə namizəd ölkə, qonşu və ən yaxşı şəkildə münasibətləri inkişaf etdirə biləcəyimiz önəmli bir partnyor olaraq əlaqə qurmaq istəyirik", - deyə təmsilçi bəyan edib.