Hindistanda bədbəxt hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Telanqana ştatında baş verib.

Belə ki, stadionda azarkeşlərin oturacaqları yerləşən tribuna çöküb. Nəticədə 100 nəfər yaralanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azarkeşlər xəstəxanaya yerləşdiriliblər.