Rusiya vaksinləri Slovakiyada hökumət böhranına səbəb olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin baş naziri İqor Matoviçin "Sputnik V" vaksinləri ilə bağlı açıqlaması koalisiya ortaqları arasında fikir ayrılıqlarına və narazılığa səbəb olub.

Belə ki, Rusiya istehsalı olan vaksinlərin tədarükü ilə bağlı hökumətin tərkibində ziddiyət yaranıb. Kabinənin bir neçə üzvü etiraz olaraq istefa verib. Baş nazirə qarşı da istefa tələbləri səsləndirilir.