Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş sədr müavini, general-polkovnik Vitali Marqelov koronavirusdan dünyasını dəyişib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Marqelovun oğlu məlumat verib.

“Atam bu gecə FTX-nin xəstəxanasında keçindi. O, bir həftə idi ki, koronavrus səbəbindən xəstəxanada yatırdı”,- deyə  oğlu bildirib.