Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 528 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 278 178, xəstəlikdən ölənlərin sayı isə 3 714 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 270 668 nəfərin sağaldığı bildirilir.