İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 74 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 61 951 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 290 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 1 815 712 nəfərə çatıb.