Bakıda alt paltarında gəzən qadın saxlanılıb.

Bu barədə Unikal.org-a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.

Onunla profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Qız əməlindən peşman olduğunu bildirib.

***

16:55

Bakının Fəvvarələr Meydanında alt paltarında gəzən qadın görüntülənib.

Unikal.org xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Bu hal ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.