ABŞ-da son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 50 584 yoluxma halı qeydə alınıb, 590 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bununla ABŞ-da koronavirusa yoluxanların sayı 29 870 135 nəfərə çatıb. Ölkədə indiyədək 542 993 nəfər pandemiyanın qurbanı olub.