Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən çovğun və güclü külək hava nəqliyyatının işinə əngəl törədib.

Unikal.org xəbər verir ki, çovğunlu hava şəraiti ilə əlaqədar olaraq beynəlxalq hava limanında qar təmizlənməsi səbəbindən uçuş zolağının bağlanması bu gün saat 24:00-a qədər uzadılıb.

Daha əvvəl hava limanında bir uçuşun ləğv edildiyini, iki reysin isə Almatıdakı alternativ hava limanına köçürülməsi haqda məlumat verilmişdi.