Rusiya Federasiyasının prezidenti Vladimir Putin koronavirus əleyhinə peyvənd edilib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir.

"Putin koronavirus əleyhinə peyvənd edildi. Özünü yaxşı hiss edir. Sabah onun mükəmməl iş günüdür", - Peskov deyib.