Həyat yoldaşı Meqan Marklla saraydan rəsmi şəkildə ayrılan Şahzadə Harri özünə yeni iş tapıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra Harri  “BetterUp Inc.” adlı şirkətdə çalışacaq.

Müəssisə insanların sağlam həyat tərzi sürməsi üçün bir çox layihələr həyata keçirir. Belə ki, İngiltərə şahzadəsi  orada müdir köməkçisi işləyəcək.

Şahzadə yeni işi ilə insanlara xeyli faydalı olacağını bildirib.Sözügedən şirkətin rəhbəri Alexi Robichaux Harrinin vəzifəsinin olduqca məsuliyyəti və çətin olduğunu deyib.