Ermənistanın baş naziri Nikol Paşinyan daha bir məmuru istefaya göndərib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Mehridəki azad iqtisadi zona qrupunun başçısı Artsvik Minasyan baş nazirin qərarı ilə işdən çıxarılıb.

Səbəblər barədə məlumat verilməyib. Bildirilib ki, Minasyanın postu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyana həvalə olunub.