10-cu Osmanlı padşahı Qanuni Sultan Süleymanın nadir portretlərindən biri "Sothebi" hərrac evində satışa çıxarılacaq.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, 16-cı əsrə aid olan əsər mis üzərində çəkilib. Martın 31-də hərraca çıxarılması planlaşdırılan portret 60 min funt sterlinqə (təxminən 142 min manat) satışa qoyulsa da, onun 120 min funt sterlinqə (təxminən 284 min manat) qədər çatacağı da ehtimal edilir.