Dünyada peyvənd istehsalçılarının ictimai məlumatlarına əsaslanan araşdırmaya görə, 2021-ci ildə 12 milyard doz peyvənd istehsal edilə biləcəyi açıqlanıb.
Unikal.org xəbər verir ki, ABŞ-da aparılan tədqiqatda bir sıra hesabatlar açıqlanıb. Belə ki, "Gözlənilməz nasazlıq olmazsa, 2021-ci ildə dünya əhalisinin yüzdə 70-i vaksin vurdura bilıər. Həmçinin bu vaksinasiya yoxsul ölkələrə kifayət qədər tez paylanarsa, pandemiyadan qurtula bilərik",-deyə hesabatda dərc olunub.