ABŞ prezidenti Co Bayden ölkənin vitse-prezidenti Kamala Harrisə yeni tapşırıq verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bayden Meksika ilə bağlı Harrisə xüsusi tapşırıq verdiyini elan edib.

Belə ki, K.Harris miqrasiya problemləri və Meksikadan ABŞ-a kütləvi miqrant axını ilə bağlı Meksika ilə rəsmi danışıqlara başlayacaq.