Türkiyəninn  Hatay ərazisində parkların birində bıçaqlı dava olub. 

Unikal.org xəbər verir ki, 5 gənc qız arasında düşən mübahisə dava ilə nəticələnib.  Belə ki, qızlardan biri üzərində daşıdığı bıçaqla onlara hücum edib. Hadisə yerinə qısa zamanda polis gəlib. Gənclər polis bölməsinə aparılıb.  Onların nə səbəbdən dava etdiyi məlum deyil.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.