Ermənistanın paytaxtı İrəvanda ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçunun qohumu hökumət binasına hücum edib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, həmin şəxs binanın pəncərəsini sındırıb.
"Satqın Nikol, uşaqları qaytar", - deyə hərbçinin qohumu qışqırıb. Qeyd edilir ki, o, polis əməkdaşları tərəfindən saxlanılıb.