Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırıb.
Unikal.org xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
“Fənərbaxça” yeni baş məşqçisinin də adını açıqlayıb. Komandanı mövsümün sonunadək Əmrə Bələzoğlu çalışdıracaq.