Çexiya Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli "L-159" qırıcısının kabinə örtüyü təlim uçuşu zamanı qopub.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya silahlı qüvvələrinin baş qərargahının əməkdaşı Maqdalena Dvorakova məlumat verib.

"Təyyarənin uçuşu zamanı kabinə örtüyü qopdu. Ekipaj təlimata uyğun olaraq reaksiya verdi, uçuş hündürlüyü azaldıldı və bundan sonra təhlükəsiz şəkildə eniş həyata keçirildi. Kabinə örtüyü təlim sahəsində aşkarlanıb", - deyə hərbçi söyləyib.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.