Sumqayıt şəhərində 84 yaşlı kişi intihar edib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Belə ki, şəhər sakini 1937-ci il təvəllüdlü Hüseynov Sərdar Zeynal oğlu özünü yaşadığı mənzildə asıb. İntiharın səbəbləri bilinmir. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Hüseynov tək yaşayırmış.