Tanzaniya prezidentinin dəfn mərasimində 45 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 17 martda vəfat edən Tanzaniya prezidenti Con Maqufuli dəfn olunub.

Dəfn mərasimi böyük izdihamla müşayiət olunub. Mərasim bədbəxt hadisə ilə yadda qalıb. Belə ki, sıxlıq səbəbi ilə 45 nəfər həyatını itirib.