Müsavatın Lənkəran sevgisi
13:35 29-01-2013
İQTİSADİYYAT
Müsavatın Lənkəran sevgisi
Əsl məqsəd isə başqadır
Müsavat Partiyasının başqanı İsa Qəmbər yanvarın 27-də növbəti dəfə Lənkərana getməyə çalışıb. Belə ki, İ.Qəmbər əvvəlcədən elan etdiyi kimi partiya rəhbərliyi, sıravi müsavatçılar və çoxsaylı jurnalistlərin müşayiəti ilə cənub şəhərinə yollandı. İsa Qəmbəri təxminən 25 avtomobilin olduğu maşın karvanı müşayiət edirdi. Amma Cəlilabadın girişində yola qısa bir fasilə verildi. Bu vaxt ərzində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ayaqüstü brifinq keçirib jurnalistlərə son durum barədə məlumat verdi. A.Hacılı dedi ki, ötən hadisə baş verən ərazidə 100-ə yaxın adam onları gözləyir. A.Hacılı bildirdi ki, Bakıdan başlayaraq yol boyu 10 RL 779 nömrə nişanlı, "Nissan" markalı "Jeep" İsa Qəmbərin kortejini izləyir.
Müsavat başqanının Lənkərandakı müşaviri Yadigar Sadıqlı da rayonun girişində 100-ə yaxın insan və "KamAZ" markalı iki yük maşınının onları gözlədiyini təsdiqləyib. Beləliklədə Müsavat başqanının Lənkəran səfəri yenə baş tutmayıb. Amma məsələnin maraqlı tərəfi başqadır. Söhbət bir suala cavab verməkdən gedir, nəyə görə İsa Qəmbər məhz Lənkərana getməkdə təkidlidir və niyə 25-dən çox maşın karvanı ilə? Və nədən İsa Qəmbər Lənkərana buraxılmır? Gəlin suallara ardıcıllıqla cavab tapaq. Öncəliklə qeyd edək ki, Lənkəranda sosial problemləri çox olan vətəndaşlar mövcud olsada bu şəhərdə Müsavatın rayon təşkilatının elə bir gücü yoxdur. Buna görə hətta İsa Qəmbərin rayona getməsi, tədbir keçirtməsi də elə bir effekt verməyəcək. Amma Müsavatın Lənkəran səfərində ilk gözlədiyi effekt budur ki, Müsavat bu bölgədə dindarlarla bir başa təmasa keçməyə çalışır. Məlum olduğu kimi bölgədə dindarlar kifayət qədər çoxdur və son zamanlar onların siyasiləşməsi istiqamətində də müəyyən addımlar atılıb. Müsavat başqanı Lənkərana səfər etməklə həm də bu sosial bazaya sahiblənmək istəyir. Digər tərəfdən 25-dən çox maşın karvanı ilə səfər etməyində tam başqa bir mənası var. Burda əsas məqsəd qarşı tərəfi qıcıqlandırmaq və güc nümayiş etdirməkdir. Belə olan halda qarşı tərəfində eyni addım atacağı gözlənilən idi. Bu isə sözsüz ki, Müsavatın maraqlarına cavab verir. Çünki gedən karvanda kifayət qədər jurnalistdə iştirak edib və bununla da məlum məsələ kifayət qədər ictimailəşdirilib. Bu isə seçkilər öncəsi təbliğat kompaniyası üçün Müsavatın maraqlarına cavab verir. Çünki bu günlərə qədər əsasən AXCP üzvləri istər mətbuatda, istərsə də sosial şəbəkələrdə AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında bir paralellik apararaq bildirirdilər ki, Əli Kərimlinin reytinqi İsa Qəmbərdən çoxdur və seçkilərdə hakimiyyət daha çox Əli Kərimliyə həssas yanaşaraq, ona rəqib gözü ilə baxacaq. İndi isə İsa Qəmbər Lənkəran olaylarından istifadə edərək özünü alternativ güc kimi cəmiyyətə təqdim etməyə çalışır. Bunun nəticəsidir ki, son bir neçə gün ərzində AXCP-yə yaxın dövrü mətbuatda İsa Qəmbər olaylarına bir qısqanclıq hiss olunur. Nəhayət, İsa Qəmbərin gözlənilmədən əyalətlərə səfər etmə istəyinin kökündə duran məsələlərdən biri də son bir neçə ay ərzində rayonlarda etirazın artması ilə bağlıdır. Bu vəziyyəti dəyərləndirən müxalifət yetkililəri hesab edir ki, rayonlarla bir başa ünsiyyət yaradılarsa əlavə sosial baza qazanmaq daha rahat olacaq. Bunu da sonda vurğulayaq ki, bir müddət öncə əslən Lənkərandan olan bir qurup şəxs yeni təşkilat yaratdı və təşkilat yaranan kimi müxalifət düşərgəsinə meyilləndi. Bu təşkilatında hazırda maraq dairəsindədir ki, İsa Qəmbərin Lənkəran prosesi daha da ictimailəşsin və onlar bu kompaniyadan öz maraqları üçün istifadə etsinlər. Müşahidəçilər ümumilikdə götürən də isə hesab edirlər ki, İsa Qəmbərin əslində bu rayona səfəri heç bir effekt verməyəcəkdi və bunun öncədən siyasiləşməsinin qarşısı mütləq alınmalı idi.
Bunu da qeyd edək ki, Müsavat başqanının Lənkəran olaylarından sonra hazırda AXCP-də bölgələrə səfərlər planlaşdırılır və beynəlxalq ictimaiətdə belə bir rəy yaradılmağa çalışılacaq ki, mövcud hakimiyyət müxalifətin əyalətlərlə təmasına imkan yaratmır. Amma texnoloqlar hesab edir ki, bu gün müxalifətin əyalətlərdə sosial bazası yox dərəcəsindədir və buna görə belə bir taktika seçməyə lüzum yoxdur.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 12:57:54
2024-11-27 12:53:29
2024-11-27 12:39:39
2024-11-27 12:38:08
2024-11-27 12:26:45
2024-11-27 12:11:51
2024-11-27 12:06:18
2024-11-27 11:49:33
2024-11-27 11:02:43
2024-11-27 10:34:49
2024-11-27 10:03:36
2024-11-27 09:29:02
2024-11-27 09:23:00
2024-11-27 09:15:47
2024-11-27 09:11:06
2024-11-26 17:09:25
2024-11-26 17:07:06
2024-11-26 16:40:34