İnstaqram sosial şəbəkəsinin işində problem yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə populyar internet resurslarının işini təqib edən “Downdetector” xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya və bir sıra ölkələrdə şəbəkənin fəaliyyətində texniki nasazlıqlar yaranıb.

İstifadəçilərin bəziləri İnstaqramda hesablarına daxil ola bilmədiklərini, bəziləri isə xəbər lentinin yenilənməsində problemlə üzləşdiklərini qeyd ediblər.