Ukrayna koronavirusa qarşı “Pfizer” vaksininin 1 milyon dozasını alacaq.
Unikal.org xəbər verir ki, bu barədə Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko bildirib. Onun sözlərinə görə, preparat iyun ayının sonuna qədər tədarük edilməlidir.
“Biz COVAX-dan əlavə olaraq “Pfizer” vaksininin 1 milyon dozasının ayrılması haqqında təsdiqi almışıq”, - deyə Lyaşko vurğulayıb.
Vaksin ölkəyə tranşlarla çatdırılacaq.