Türkiyədə məşhur youtuber Enes Batur video paylaşmaqdan məhrum olunub.
Unikal.org xəbər verir ki, videobloqer 5 il əvvəl "YouTube" platformasından paylaşdığı videoda "ictimai qaydaları" pozub. Bundan sonra platforma ona video paylaşmağı qadağa qoyub.
O, bu barədə "Instagram"da paylaşaraq etirazını bildirib.