ANAMA tərəfindən cəbhəboyu ərazilər və işğaldan azad olunmuş ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursatlar aşkar edilib və zərərsizləşdirilib. 

Unikal.org-un məlumatına görə, bunu ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, 17 milyon kv.m. ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib: "Sentyabrın 2-dən bu günə qədər 17327 ədəd mina və hərbi sursat aşkar edilib, hazırda Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavənddə axtarışlar aparılır".