Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın Ukrayna sərhədlərindəki hərbi aktivliyindən danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov bunun heç bir başqa ölkəyə qarşı olmadığını bildirib.

Sözçü qeyd edib ki, hərbi aktivləşmə heç bir ölkəyə qarşı təhdid xarakteri daşımır və rəsmi Moskvanın öz təhlükəsizliyini təmin etmək üçün atılmış addım kimi qiymətləndirilməlidir.