Egey dənizində Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə 4,1 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Suyun 5,1 kilometr dərinliyində meydana gələn zəlzələ ətraf bölgələrdə də hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.