Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda "əzələ nümayişində" günahlandırıb.

Unikal.org xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır.

"Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır".

Bundan əlavə, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.