Pakistanda toydan qayıdan bir sərnişin avtobusu aşıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli qızada dördü uşaq olmaqla, 10 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.

Hadisə Sind vilayətinin Larkana bölgəsində qeydə alınıb.

Polisin açıqlamasına görə, avtobus Larkanadan Daduya gedərkən traktorla toqquşub və zərbənin təsirindən aşıb.

Yaralılar xəstəxanalara aparılıb.