Qəbələ rayonunun Yenikənd kəndində maşın yanıb. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, “Chevrolet” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.