Türkiyənin İzmir  şəhərində  dəhşətli qətl hadisəsi  baş verib. 

Unikal.org xəbər verir ki, ər arvadını  boğaraq öldürüb.  O, hadisəni törətdikdən sonra 3 saat boyunca həyat yoldaşının başında dayanıb.  Qətlin üstü isə ölən qadının ailəsinin qonaq gəlməsi ilə  açılıb. 

Ər qısa zamanda polis tərəfindən saxlanılıb.  Cani şəxs polislərə arvadının öldürmə səbəbini açıqlayıb. Belə ki, ər, "ölümcül bir xəstəliyə tutulmaqdan və öldükdən sonra arvadının  başqa şəxslə birlikdə olacağından qorxduğundan" bu hadisəni törətdiyini etiraf edib. 

Ər barəsində qətimkan tədbiri seçilib.