Gürcüstanda son sutkada koronavirusa 529 yeni yoluxma halı təsdiqlənib, 326 nəfər sağalaraq evə buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 282 789-a, sağalanların sayı isə 273 930-a yüksəlib.

Son 24 saat ərzində virusun yaratdığı ağırlaşmalar səbəbindən vəfat edənlərin sayı 13 nəfər artaraq 3 798 olub.

Qeyd edək ki, ötən gün sutkalıq yoluxma sayı 499 təşkil edib.