Bir müddət əvvəl “Duman” qrupunun solisti Kaan Tangöz produser Acun Ilıcalının “Acun Media” komandasına dava açıb.
Unikal.org "O ses Türkiye" və "O ses Türkiye çocuklar" yarışmalarında ifaçıya mxsus 10 kompazisiya icazəsiz istifadə edilib. Buna görə də Kaan “Acun Media”nı məhkəməyə verərək ondan təzminat tələb edib. Bu təzminat əvvəl 10 min lirə (2092 manat) olub. Daha sonra artaraq 165 min lirəyə (34 min 518 manata) yüksəlib.
Ötən gün baş tutan məhkəmədə mübahisəli tərəflərin vəkilləri iştirak edib. Tangözün vəkili açdıqları davada haqlı olduqlarını və müvəkkilinə 165 min lirənin (34 min 518 manatın) ödənilməsini tələb edib. Qarşı tərəfin vəkili isə toplanılan dəlillərin yetərsiz olduğunu bildirib.
Buna görə də hakim məhkəmənin növbəti aylardan birinə təyin edilməsinə qərar verib.