Türkiyəli pop ulduz Hadisə ailə quracaq.

Unikal.org xəbər verir ki, bunu müğənninin sevgilisi Kaan Yıldırımın anası Seyhan Yıldırım bildirib.

O, İstanbulun Beykoz rayonunda oğluna məxsus evdə qalan kirayənişinə zəng edərək bağladıqları müqaviləni yeniləməyəcəklərini qeyd edib.

"Oğlum evlənir, evə o köçəcək", - deyə aktyorun anası kirayənişinə deyib.