Rusiya prezidenti Vladimir Putin ölkəsinin istehsal etdiyi koronavirusa qarşı vaksinlərdən danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin Rusiya vaksinlərinin effektiv olduğunu bildirib.

"Rusiya vaksinləri virusun bütün növlərinə qarşı effektivdir. Rusiyanın istehsal etdiyi vaksinlər COVID-19-un bilinən bütün tiplərinə və ştammlarına qarşı təsir göstərir", - deyə Rusiya prezidenti bəyan edib.