Amerikalı məşhur yutuber qardaşlar çəkdikləri videoya görə polis tərəfindən saxlanılıb.
Unikal.org xəbər verir ki, sosial media fenomeni olan Alen və Aleks Stokes əkizləri "YouTube" kanalı üçün yeni video çəkiblər. Belə ki, gənclər videoda banka soyğunu həyata keçiriblər.
Məlum olub ki, 24 yaşlı əkizlər Kaliforniya ştatında bankların birində həqiqi soyğunu həyata keçiriblər. Polislər və bank sahibi videonu izlədikdən sonra əkizlərin gecə saatlarında "video çəkmək" məqsədi ilə gəldiyi ərazidən pul oğurladıqları məlum olub.
Gənclər polis tərəfindən saxlanılıb.