Moldovada mayın 30-dək elan edilmiş fövqəladə vəziyyət çərçivəsində yeni növ koronavirusa qarşı tədbirlər sərtləşdirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, ölkədəki parklar, oyun meydançaları və idman zalları, istirahət mərkəzləri bağlanıb, mitinqlər və müxtəlif mərasimlər qadağan edilib.

Paytaxt Kişinyov və Beltsı şəhərlərində saat 23:00-05:00 arasında komendant saatı tətbiq edilsə də, ölkədəki dövlət qurumları, özəl şirkətlərin işçilərinin yüzdə 70-i onlayn iş rejiminə keçib.