Produser Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı ikinci dəfə ailə həyatı quracaq.

Unikal.org Türkiyə KİV-nə istinadən bildirir ki, aparıcı Pınar Aydınn “Koltuk” verilişinə qonaq olan Şeyma misirli sevgilisi Mohammed Alsaloussi ilə evlənəcəyini açıqlayıb:

“Hələki sevgilim məni ailəmdən istəməyib. Lakin ailəmlə tanış olub. Atam və anam ingilis dilini bilmirlər, amma onunla yaxşı anlaşdılar. Evlilik haqqında danışmışıq. 3 ay 10 gündür ki, birlikdəyik. Münasibətlərimiz çox gözəldir. Bu ilin sonu, yəni il bitmədən evlənəcəyik”.

Qeyd edək ki, Şeyma keçmiş əri Acun Ilıcalının da evlənəcəyindən xəbəri olduğunu bildirib.