İbrahim Tatlısəsin “İbo Show” verlişinə qatılan aktrisa-model Defne Samyeli tənqidlərə tuş gəlib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisanın geyindiyi libas və oxuduğu ifalar sərt şəkildə tənqid edilərək bəyənilməyib.

Sosial media istifadəçiləri “Defne Samyelini dinləyərkən musiqi ilə özümə sərhəd qoydum”, “Ölkəyə bax Defne “İbo Show”ya çıxıb mahnı oxuyur” kimi fikilər yazaraq onu qınayıblar.