Xəbər verdiyimiz kimi, bu gün məşhur gitaraçı, xalq artisti Rəmiş( Rafiq Hüseynov) dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, xalq artistinin həyat yoldaşı Güllü Hüseynova onun ölüm anını jurnalistlərlə bölüşüb.
“2 aydır heç nə danışa bilmirdi. 3 gün əvvəl pıçıltı ilə dedi ki, məni evə aparın. Evimi istəyirəm. Evini yaman istəmişdi. Neçə gündür vurulan iynələr onu pis hala qoymuşdu. Vəziyyəti yaxşı deyildi. Həkimlər gec gəldi. Gecikdilər”,- deyə Güllü bildirib.
Gülayə Mecid