Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.
Unikal.org xəbər verir ki, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
19:11
xxx
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilən generallar Nizami Şirinov və Mövlan Şıxəliyev hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.
Hər iki şəxs barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.
Qeyd edək ki, N. Şirinov ləğv edilən MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi, M. Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi işləyib.
Orxan Həsənli