Milli Şura beşiyindəcə boğulur
12:38 30-01-2013
CƏMİYYƏT
Milli Şura beşiyindəcə boğulur
Ziyalılarda seçim etməkdə ortaq məxrəcə gələ bilmirlər
Milli Şuranın yaradılması və müxalifəti bir araya gətirməsi deyəsən reallaşmayacaq. Belə ki, ideyanın əsas müəlliflərindən olan Rüstəm İbrahimbəyov hansısa səbəbləri əsas gətirərək ölkədən gedib və onun yaxın vaxtlarda geri qayıdacağı inandırıcı deyil.
Bununla yanaşı bildirilmişdi ki, ideyanın digər müəllifi Eldar Namazov Rüstəm İbrahimbəyov ölkəyə qayıdana qədər siyasi qüvvələrlə danışıqları başa çatdıracaq. İndi isə aydın olur ki, ortada ümumiyyətlə heç nə yoxdur. "Seçkilərdə iştirak etmək üçün Milli Şura yaradılması ilə bağlı Ziyalılar Forumundan İctimai Palataya heç bir təklif daxil olmayıb".
Bu sözləri İctimai Palatanın təsisçilərindən olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov və Eldar Namazovun təklifinə münasibət bildirərkən qeyd edib.
AXCP sədr müavini bildirib ki, bu ideya müzakirə mərhələsindədir. "Seçkilərdə iştirak etmək üşün Milli Şuranın yaradılmasının dəqiq tarixi, müzakirələrin formatı bu ideyanı gündəmə gətirənlərin və ortaya atan şəxslərin mövqelərindən asılıdır". F.Qəhrəmanlının sözlərinə görə, Rüstəm İbrahimbəyov mətbuatda bu ideyanın anonsunu edib.
"Danışıqların başlanması isə bu ideyanın müəlliflərindən asılıdır. Yaxşı olar ki, onlar özləri bu barədə ətraflı məlumat versinlər. Müzakirələrin tarixi isə təşəbbüsü irəli sürən şəxslərin açıqlamalarından sonra bəlli olacaq"-deyə vurğulayıb.
Qeyd edək ki, Ziyalılar Forumu prezident seçkilərində iştirak etmək üçün ictimai-siyasi qüvvələri bir yerdə birləşdirəcək Milli Şuranın yaradılması təklifini irəli sürüb. Maraqlıdır, bəs bundan sonra Milli Şuranın yaradılması mümkün olacaqmı? Ekspertlər bildirir ki, Milli Şuranın yaradılması mümkün olsada, onun dağıdıcılıq gücü daha çox olacaq. Çünki yaradılan Şuranın əsas məqsədi vahid namizəd problemini həll etmək olacaq. Vahid namizəd deyildikdə isə söhbət İsa Qəmbərlə, Əli Kərimlidən birinin seçilməsindən gedir. Ekspertlər bildirir ki, Milli Şura üçüncü bir şəxsində vahid namizədliyi üzərində dayanmağa çalışa bilər və bu halda iki ənənəvi partiya prosesdən çəkiləcək. İndilikdə isə müşahidəçilər hesab edir ki, Rüstəm İbrahimbəyov və yaxın çevrəsi vahid namizəd olaraq Əli Kərimliyə daha çox üstünlük verirlər. Buna görə də əsas danışıqlar müsavat başqanı İsa Qəmbərlə aparılır. İsa Qəmbərin namizədliyini tez verməsi də bununla bağlı olub. Belə ki, hələ Milli Şura ideyası gündəmə gəlməmişdən öncə Rüstəm İbrahimbəyov və bir neçə ziyalı Əli Kərimli ilə danışıqlar apararaq onun vahid namizəd olma imkanlarını müzakirə ediblər. Hətta belə bir danışıq digər müxalif partiya liderləri ilə restoranların birində də müzakirə olunub. Amma İsa Qəmbər bu görüşdən də imtina etmişdi. Buna görə də hesab edilir ki, hazırda bir qurup ziyalı İsa Qəmbərlə danışıqlar aparıb onun razılığını almağa çalışırlar. Amma İsa Qəmbər heç bir halda bununla razılaşmayacaq. Belə olan halda Milli Şura Müsavatsız yaranacaq və buda özlüyündə müxalifətin daha dərindən parçalanması ilə nəticələnəcək. Çünki Müsavatsız yaranacaq Milli Şura müxalifət adına iddialı olacaq. Belə olan halda qarşılarında rəqib kimi hakimiyyət yox, Müsavat olacaq. Son zamanlar İsa Qəmbərin reytinqinin artmasını da nəzərə alsaq onda durum heç də ürəkaçan olmayacaq. Bunu da qeyd edək ki, artıq indidən Rüstəm İbrahimbəyov başda olamaqla Milli Şura yaratmaq istəyənlərlə bağlı müxtəlif fikirlər səslənməkdədir. Məsələn, iddia olunur ki, bu şəxslər əslində hakimiyyətdaxili quruplaşmalardan birinin maraqlarını təmin edirlər və bu səbəbdən onları açıq şəkildə müxalif cəbhəyə buraxmaq olmaz. Ekspertlər bildirir ki, Milli Şura yaradılan zaman bu ittihamlar daha ciddi şəkil alacaq və demək olar ki, müxalifət seçkilərə vahid namizədlə yox, parçalanmış və rəqib olmuş şəkildə qatılacaqlar.
Buna görə də hesab edilir ki, ümumiyyətlə Milli Şuranın yaranmasına dəstək vermək olmaz. Yox, əgər yaranarsa onda onun məqsədi vahid namizəd müəyyənləşdirmək yox, seçkiöncəsi demokratik çağırışlar etmək olmalıdır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00