Azərbaycanı tranzit ölkəyə çevirən İran
11:25 31-01-2013
İQTİSADİYYAT
Azərbaycanı tranzit ölkəyə çevirən İran
Azərbaycana 3 istiqamətdən narkotik daşınır
Son zamanlar Azərbaycandan narkotik qaçaqmalçılarının tranzit ölkə kimi istifadə etmələri ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bu yaxınlarda Çeçenistan respublikasının prezidenti də bəyan etdi ki, ölkəsinə gətirilən narkotik vasitələr Azərbaycan vasitəsi ilə keçirilir.
İndi isə Azərbaycanın baş gömürükçüsüdə bu fikri təsdiqləyib. Amma aydın olub ki,mənbə Azərbaycan yox İrandır. Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan və İranın gömrük xidməti orqanlarının rəhbərləri arasında keçirilən görüşdə müzakirə olunan əsas məsələlərdən biri bu ölkədən Azərbaycana narkotiklərin qanunsuz keçirilməsi cəhdləri olub.
Bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycana gətirilən narkotik vasitələrin əksər hissəsi gömrük əməkdaşları tərəfindən ölkənin cənub sərhədlərində - yəni, İranla sərhəddə tutulur: "Hətta digər istiqamətlərdə tutulan narkotik vasitələri araşdıranda da məlum olur ki, onlar İranın ərazisindən daşınır".
Görüşdə müzakirə olunan digər məsələ iki ölkə arasındakı gömrük keçid məntəqələrində hərəkətin sadələşdirilməsi və burada növbələrin yaranmaması, eləcə də nəzarətin gücləndirilməsi, yəni qanunsuz malların dövriyyəsinin qarşısının alınması ilə bağlı olub.
Görüşdə qərara alınıb ki, iki ölkənin gömrük xidmətlərinin rəhbərləri 6 aydan gec olmayaraq, yerli gömrük orqanı rəhbərləri isə ayda bir dəfə görüşsünlər. Maraqlıdır, narkotik vasitələrin məhz Azərbaycandan keçirilməsi İran üçün niyə daha maraqlıdır? Əksər analitiklər bildirir ki, İranda narkotik vasitələrin satışı mərkəzləşdirilmiş şəkildə həyata keçirilir və ola bilməz ki, bu mərkəzləşməyə yüksək çinli simalar nəzarət etməsin. Hazırda İran narkotik bazarı olaraq Rusiyanı, Türkiyəni və Avropanı nəzarətində saxlamağa çalışır. Bunun üçün isə Azərbaycanı daha yaxşı marşurut hesab edilir. Belə ki, Azərbaycana gətirilən maddələr, daha sonra Dağıstana və ordan da Rusiyanın əksər bölgələrinə yayılır. Bunu da qeyd edək ki, Rusiya ilə Azərbaycan sərhədləri daha açıqdır və bu narkotik alverçilərinin işinə yarayır. Bundan başqa İran Azərbaycana həm də müxtəlif yollarla narkotik daşıya bilir. Məsələn, Türkiyə vasitəsi ilə ölkəyə gətirilən narkotika elə ordan da rahatlıqla Türkiyəyə keçirilir. Və yaxud dəniz yolu ilə gətirilən narkotika Lənkərana çatdırılır və daha sonra dağıstana ötürülür. Həmçinin digər quru yol olan Yardımlı vasitəsi ilə də narkotik daşınmaları həyata keçirilir. Bunu da xüsusi olaraq qeyd etmək lazımdır ki, son zamanlar bu marşurutlardan istifadə halları daha çox artıb ki, bunun da bir sıra səbəbləri var. İlk səbəb isə budur ki, İran öncələr başqa marşurutlardan da istifadə edərək ölkə kənarına narkotik keçirdə bilirdi. Amma son zamanlar qonşu ölkələrdə baş verən iğtişaşlar, o cümlədən Suriya olayları İranın çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Buna görə də Azərbaycan marşurutu günü-gündən əhəmiyyətliləşir. Həmçinin başqa bir səbəbdə budur ki, İran artıq bir neçə ildir ki, narkotikanın beşiyinə çevrilib. Belə ki, öncələr şərq dünyasında narkotik qaçaqmalçılığında Əfqanıstan öndə gedirdi. Amma sonradan Əfqanıstanda baş verən olaylar bu bazarı demək olar ki, iflic hala saldı və bununla da Əfqanıstan xammalı İrana ötürməyə başladı. Bununla da İran şərqdə narkotik bazasına çevrildi. Bunu da sonda qeyd edək ki, İrandan Azərbaycana narkotik daşınmalarının sayının artmasına görə DİN,MTN , Sərhəd Qoşunları Xidməti və Gömürük Komitəsi demək olar ki, az qala hər həftə ciddi əməliyyatlar keçirir və tonlarla uyuşdurucu pereparatlar müsadirə olunur. Azərbaycanın bu gün mərkəz tranzit ölkəyə çevrilməsinin başqa təhlükəli tərəfi budur ki, ölkədə narkotik istifadəçilərinin də sayı kifayət qədər artıb. Ekspertlər bildirir ki, buda narkotik istifadəçilərinin yaş etibarı ilə yeni mərhələyə keçməsi deməkdir. Tutalım 10-15 il öncə narkotik istifadəçiləri əsasən orta yaş hədli şəxslər idisə, indi bu yeri orta məktəb şagirdləri ilə ali məktəb tələbələri tutur. Nəticədə cinayət törədənlər arasında da gəncləşmə prosesinin şahidi oluruq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00