İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 68 366 nəfərə yüksəlib.

O deyib ki, İranda ötən 24 saat ərzində 24092 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2335905 nəfərə çatıb.