Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Unikal.org xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə səfər zamanı dövlət başçısı hərbçilər üçün nəzərdə tutulmuş idman kompleksində məşq edib.
Səfərdən videogörüntüləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram hesabında paylaşıb.