“Azərbaycanın qazandığı Zəfəri bir çox dövlətlər qəbul edə bilmirlər. Fransa 44 günlük müharibədə olduğu kimi bundan sonra da xislətindən əl çəkməyəcək”.
Unikal.org xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclis deputatı Vahid Əhmədov deyib.
“Belə başa düşürəm ki, ABŞ prezidenti Co Bayden ermənilərə verdiyi sözü yerinə yetirmək üçün “erməni soyqırımı” ifadəsini işlətdi.
Çox böyük də səhv etdi. Türkiyənin bölgədə söz yiyəsi olması bu dövlətləri qane etmir. Ona görə də çalışırlar ki, Türkiyəyə belə qondarma vasitələrlə təzyiq edə bilsinlər”.